“Zərərli vəridişlər: Siqaqret çəkmək” mövzusunda maarifləndirici məşğələ keçirildi

Zərərli vərdişlər, şagirdlər arasında məktəbdaxili davranışların pozulması həm təlim fəaliyyətinə, həm də şagirdlərin psixoloji vəziyyətinə pis təsir edir. Məktəb daxilində bu cür halların qarşısının alınması məqsədi ilə fevral ayının 14-də məktəbin psixoloqu Natavan Qəhrəmanovanın təşkilatçılığı və VIII sinif şagirdlərinin təşkilatçılığı ilə “Zərərli vəridişlər: Siqaret çəkmək” mövzusunda maarifləndirici məşğələ keçirildi. Məşğələnin məqsədi şagirdlərə siqaret çəkmənin fəsadları barədə məlumat verməkdir. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.