“20 Yanvar uşaqların gözü ilə” mövzusunda rəsm sərgisi keçirildi

    Məktəbin illik Fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "20 Yanvar-Ümumxalq hüzn günü" ilə bağlı yanvar ayının 14-də məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı,  təsviri incəsənət müəllimi Arzu Məhsumova, texnologiya müəllimi Gülsəba Zeynalovanın təşkilatçılığı və  dərnək üzvlərinin iştirakı ilə “20 Yanvar uşaqların gözü ilə” mövzusunda çəkdikləri rəsmlər, hazırladıqları əl işləri və maketlər  nümayiş etdirildi.

    Məqsəd bu faciə barədə şagirdləri bir daha maarifləndirmək, gələcək nəsillərə çatdırmaq, şagirdlərdə vətənpərvərlik hissini aşılamaq və onların istedadlarını üzə çıxarmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi