Suraxanı rayon Heydər Əliyev Mərkəzinə təşkil olunmuş ekskursiya

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Heydər Əliyev məhz belə insanlardan olmuşdur. Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlərimiz davam edir. Dekabr ayının 12-də məktəbin ibtidai sinif müəllimi Aysel Məmmədlinin təşkilatçılığı və 2 “C” sinif şagirdlərinin iştirakı ilə Suraxanı rayon İcra Hakimiyyətində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olundu. Şagirdlərə Mərkəzin ekspozisiya zalında Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin gənclər üçün vətənpərvərlik məktəbi olan zəngin siyasi irsi, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrindəki xidmətlərini özündə əks etdirən eksponatlar və kitablar haqqında ətraflı məlumatlar verildi və şagirdləri maraqlandıan suallar cavablandırıldı.