“Dahi sərkərdə” adlı şeir müsabiqəsi keçrildi

Dekabr ayının 09-da məktəbin illik Fəaliyyət Planına uyğun olaraq uşaqlarla sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Yeganə Məlikova, Azərbaycan dili və ədəbiyyat müəllimi Mərziyyə Rəhimzadə, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, kitabxana müdiri Xəyalə Kərimova kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı ilə dahi şəxsiyyət H.Əliyevin həyat və yaradıcılığına həsr olunmuş “Dahi sərkərdə” adlı şeir müsabiqəsi keçirildi.
Məqsəd Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, onun dövlətçiliyimizin xilaskarı olması və bu gün uğurla davam etdirilən siyasi kursun əsaslarının məhz Ulu öndərimiz tərəfindən qoyulması haqqında şagirdləri bir daha maarifləndirmək, Ümummilli Liderimizin irsini gələcək nəsillərə çatdırmaq, şagirdlərdə vətənpərvərlik hissini aşılamaq və onların istedadlarını üzə çıxarmaqdan ibarətdir.
Sonda qalib şagirdlər kiçik hədiyyələrlə mükafatlandırıldı və xatirə şəkli çəkildi.