"Ulu bir sərkərdə,ulu bir öndər" adlı inşa müsabiqəsi keçirildi

    Dekabr ayının 05-də məktəbin illik Fəaliyyət Planına uyğun olaraq uşaqlarla sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Yeganə Məlikova, Azərbaycan dili və ədəbiyyat müəllimi Mərziyyə Rəhimzadə, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Ulu bir sərkərdə,ulu bir öndər" adlı inşa müsabiqəsi keçirildi.

    Müsabiqənin keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, onun dövlətçiliyimizin xilaskarı olması və bu gün uğurla davam etdirilən siyasi kursun əsaslarının məhz Ulu öndərimiz tərəfindən qoyulması haqqında şagirdləri bir daha maarifləndirmək, Ümummilli Liderimizin irsini gələcək nəsillərə çatdırmaq, şagirdlərdə vətənpərvərlik hissini aşılamaq və onların istedadlarını üzə çıxarmaqdan ibarətdir.

    Qaliblər yoxlayıcı komissiyanın rəyinə əsasən məktəb rəhbərliyi tərəfindən hazırlanan təşəkkürnamə ilə mükaftlandırılacaqlar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi