Korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici görüş keçirildi

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində dövlət qurumlarında korrupsiyaya qarşı mübarizə istiqamətində məlumatlandırma, maarifləndirmə xarakterli tədbirlər silsiləsində dekabr ayının 04-də məktəbdə pedaqoji, inzibati heyəti və şagird kollektivinin iştirakı ilə maarifləndirici görüş keçirildi. Görüş iştirakçıları Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublukasının Qanunu ilə tanış edilib, korrupsiya anlayışı, korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar, korrupsiyanın qarşısının alınması, korrupsiyaya ilə əlaqədar hüquqpozmalarına görə yaranacaq məsuliyyət məsələləri barədə ətraflı məlumatlandırıldılar.