Heydər Əliyev Mərkəzinə təşkil olunmuş ekskursiya

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Heydər Əliyev məhz belə insanlardan olmuşdur. Umummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlərimizə start verildi. 03 dekabr tarixində məktəbin bir qrup müəllim və şagird heyəti Heydər Əliyev Mərkəzinə təşkil olunmuş ekskursiyada iştirak etdilər. Şagirdlərə Mərkəzin ekspozisiya zalında Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin gənclər üçün vətənpərvərlik məktəbi olan zəngin siyasi irsi, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrindəki xidmətlərini özündə əks etdirən eksponatlar və kitablar haqqında ətraflı məlumatlar verildi və şagirdləri maraqlandıan suallar cavablandırıldı.