"Hər zaman ucal, Azərbaycan bayrağı!” adlı şeir müsabiqəsi keçirildi

Şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, tariximizin şanlı səhifələrinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə noyabr ayının 06-da məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı ilə III və IV sinif şagirdləri arasında "Hər zaman ucal, Azərbaycan bayrağı!” adlı şeir müsabiqəsi keçirildi.
Sonda qalib şagirdlər kiçik hədiyyələrlə mükafatlandırıldı və xatirə şəkli çəkildi.