"Hüquqlarını bilən uşaqlarla gələcəyə doğru!” mövzusunda maarifləndirici tədbir təşkil olundu

    Uşaq Hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanı ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Onlar daimi xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqda məlumat verirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. O, uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib.

    "Uşaq hüquqları aylığı" çərçivəsində noyabr ayında 01-də məktəbin ibtidai sinif müəllimi Aysel Şükürovanın təşkilatçılığı ilə "Hüquqlarını bilən uşaqlarla gələcəyə doğru!” mövzusunda maarifləndirici tədbir təşkil olundu. Tədbirdə şagirdlərə Uşaq Hüquqları Konvensiyası haqqında geniş məlumat verildi. Şagirdlərin bu barədə fikir və düşüncələri dinlənildi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi