“Mən və mənim hüquqlarım” mövzusunda seminar təşkil olundu

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 20 oktyabr-20 noyabr 2024-cü il tarixlərdə “Uşaq hüquqları aylığı” elan edilib. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır. "Uşaq hüquqları aylığı" çərçivəsində oktyabr ayında 31-də məktəbin ibtidai sinif müəllimləri Ülviyyə Hüseynova və Günel Vəlizadənin təşkilatçılığı ilə “Mən və mənim hüquqlarım” mövzusunda seminar təşkil olundu. Tədbirdə şagirdlərə Uşaq Hüquqları Konvensiyası haqqında geniş məlumart verildi. Şagirdlərin bu barədə fikir və düşüncələri dinlənildi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi