"Yaşıl dünyaya səslənək" adlı sərgi təşkil olundu

    Azərbaycan Respublikasında 2024- cü ilin ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərimizə davam edir.

 Oktyabr ayının 31-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində məktəbin texnologiya müəllimi Gülsəba Zeynalovanın təşkilatçılığı ilə bacarıqlı şagirdlər tərəfindən tullantılardan hazırlanmış  əl işlərindən ibarət "Yaşıl dünyaya səslənək" adlı sərgi təşkil olundu. Sərgidə ideya müxtəlifliyi baxımından zəngin olan bu kompozisiyaların hər biri sanki izləyicini ekoloji problem olmayan "Yaşıl dünyaya" səsləyir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi