IX sinif şagirdləri ilə Təhlükəsiz informasiya axtarışı” mövzusunda məşğələ keçirildi

Oktyabr ayının 23-də uşaqlarla sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, məktəbin psixoloqu Natavan Qəhrəmanovanın təşkilatçılığı və IX sinif şagirdlərinin iştirakı ilə “Təhlükəsiz informasiya axtarışı” mövzusunda maarifləndirici məşğələ keçirildi. Məşğələnin məqsədi şagirdlərin etibarlı informasiya mənbəyi anlayışını öyrənib və gündəlik həyatlarında tətbiq etməkdən ibarət idi.
Məşğələ interaktiv formada keçirildi və hər bir şagirdin aktiv iştirakı təmin edildi. Sonda şagirdləri maraqlandırılan suallar cavablandırıldı.