“Təbiətə toxunan yaradıcılıq” mövzusunda əl işi müsabiqəsi

    2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı olaraq, Elm və Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, yaşıl enerji növlərinin yaradılması istiqamətində şagirdlərin maarifləndirilməsi məqsədilə oktyabr ayında "Məktəblərdə ekologiya ayı" layihəsi ilə bağlı tədbirlərimiz davam edir.

    Oktyabr ayının 18-də sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, təsviri incəsənət müəllimi Arzu Məhsumovanın təşkilatçılığı və “Gənc rəssamlar” dərnək üzvlərinin iştirakı ilə “Təbiətə toxunan yaradıcılıq” mövzusunda çəkdikləri rəsmlər, hazırladıqları əl işləri və maketlər  nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi