"Təhlükəsizliyimizi qoruyaq" adlı maarifləndirici tədbirlər keçirilir.

"Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi barədə" Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş 08.10.2024-cü il təlimati məktuba əsasən oktyabr ayının 18-də sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Yeganə Məlikova, məktəb psixoloqu Natavan Qəhrəmanova və Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı ilə ibtidai siniflərdə "Təhlükəsizliyimizi qoruyaq" adlı maarifləndirici tədbirlər keçirilir.
Tədbirdə məktəbdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, şagird təhlükəsizliyinin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi barədə məlumatlar şagirdlərin nəzərinə çatdırıldı.