“Ətraf mühitimizi qoruyaq” mövzusunda açıq dərs keçirildi

2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı olaraq, eyni zamanda COP29 ərəfəsində Elm və Təhsil Nazirliyinin göndərdiyi tədbirlər planına əsasən oktyabr ayının 15-də təsviri incəsənət dərsində məktəbin ibtidai sinifl müəllimləri Ülviyyə Hüseynova, Zülfiyyə Ağayeva, Ruhiyyə İbadova və Günay Ələkbərovanın təşkilatçılığı ilə “Ətraf mühitimizi qoruyaq” mövzusunda açıq dərs keçirildi.
Məqsəd müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, şagirdlərin ekoloji maarifləndirilməsi, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsidir.