"Şəhidlik zirvəsi"

Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü qurban verməkdir. Şəhidlik əbədi olaraq ürəklərdə yaşamaqdır.
Şəhid məzun Səbuhi Əsədov da 27 sentyabr 2020-ci il tarixində II Qarabağ müharibəsi başlayandan Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Talış, Tərtər və Suqovuşan kəndlərinin azad olunmasında igidlik və mərdlik göstərmişdir. 8 oktyabr 2020-ci il tarixində Suqovuşan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Şəhidin xatirəsini yad etmək məqsədi ilə məktəbdə bir sıra tədbirlər keçirildi. Belə ki, oktyabr ayının 11-də məktəbin ibtidai sinif müəllimləri Aygün Mədətova, Ülviyyə Hüseynova, Aysel Şükürovanın təşkilatçılığı və şagirdlərin iştirakı ilə Səbuhi Əsədovun yaşayıb boya-başa çatdığı ev muzeyini ziyarət etdilər.
Oktyabr ayının 14-də məktəbin ibtidai sinif müəllimi Hüsniyyə İsayevanın təşkilatçılığı və 3 “A” sinif şagirdlərinin iştirakı ilə Səbuhi Əsədovun xatirəsinə həsr olunmuş “Şəhidlik zirvəsi” adlı anım tədbiri keçirildi. Tədbirdə məktəb kollektivi ilə yanaşı Suraxanı rayon şəhid analarıda iştirak etdi.