1 MART – ÜMUMDÜNYA MÜLKİ - MÜDAFİƏ GÜNÜ

Məktəbin illik Fəaliyyət Planının 1.3.18-ci bəndinə müvafiq olaraq məktəbimizdə bu gün 1 mart – Ümumdünya Mülki-Müdafiə gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Suraxanı rayon MM şöbəsinin rəisi polkovnik – leytenant Rəşid Behbudov, MM qoşunlarının MM idarəsinin əməkdaşı mayor Rəşad Quliyev, Bakı regional idarəsinin əməkdaşı mayor Rauf Şıxəliyev, Suraxanı rayon İcra Hacimiyyətinin məsul işçisi Rəfiqə Məmmədova və digər məsul şəxslər iştirak edirdi. Məşqin keçirilməsində məqsəd obyektin işçilərinin, MM qüvvələrinin fövqəladə hadisələr zamanı hazırlıq səviyyəsini müəyyən etmək, şagirdlərdə fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə biliklərini artırmaq, şagirdlərə fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və operativ olaraq yerinə yetirilməsi üzrə praktiki vərdişlərin öyrədilməsidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi