“COP-29 və iqlim dəyişmələri” mövzusunda intellektual yarış keçirildi

    İyun ayını  11-də Suraxanı Oil Əməliyyat Şirkətinin təşkil etdiyi “COP-29 və iqlim dəyişmələri” mövzusunda intellektual yarış keçirildi.

    Tədbiri giriş sözü ilə açan 85 nömrəli tam orta məktəbin direktoru Maxsud Əhmədov bildirib ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi böyük tarixi əhəmiyyət kəsb edir. Suraxanı rayonunda müxtəlif maarifləndirici tədbirlər keçirilir, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Sonra çıxış edən Suraxanı Oil Əməliyyat Şirkətinin vitse-prezidentinin müavini Musa Nağıyev, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəfiqə Məmmədova çıxışlarında bildirdilər ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə yüksək etimadın və inamın növbəti göstəricisi, habelə beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.

    Ətraf mühitin qorunması üzrə beynəlxalq ekspert Çingiz Məmmədov oyunun şərtlərini şagirdlərə izah etdikdən sonra, 20 dəqiqəlik vaxtın verilməsi ilə intellektual oyun başlayıb. Vaxt bitdikdən sonra münsiflər tərəfindən yoxlanılan cavablara əsasən qaliblər müəyyənləşib və təltif mərhələsində bütün iştirakçılar  xüsusi hədiyyələrlə mükafatlandırıl.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi