“Bir ovuc təbəssüm, bir dünya işıq”

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə görülən işlər çərçivəsində may ayının 31-də məktəbin müəllim və şagird kollektivi sıra xəttində toplaşaraq bu sevinci birgə yaşadılar.
Tədbirdə ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, Ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, habelə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük diqqətindən söz açaraq, uşaq hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyi barədə danışılıb, digər hüquqlarla yanaşı, uşaq hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyi haqqında məlumat verildi.