Bakı zooloji parkında “Canlılar ailəmi" mövzusunda dərs-ekskursiya təşkil edildi

May ayının 30-da məktəbin ibtidai sinif müəllimi Günel Vəlizadənin təşkilatçılığı və 2 “C” sinfinin iştirakı ilə Bakı zooloji parkında “Canlılar ailəmi" mövzusunda dərs-ekskursiya təşkil edildi.
Ekskursiyanın məqsədi şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, mövzuların praktik öyrənilməsini təmin etmək və Azərbaycanın faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir. Sonda şagirdlər ekskursiya barədə fikir və təəsüratlarını bildirdilər.