"Ailəm və məktəbim" layihəsi çərçivəsində görüş keçirildi

“Ailəm və məktəbim” adlı layihə ilə bağlı silsilə tədbirlərimiz davam edir. Ailə-məktəb münasibətlərinin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşması, uşağın cəmiyyətdəki rolunu müəyyənləşdirməsə və özünü dərk etməsi, bilik və bacarıqlarını inkişaf etdirməsi məqsədi ilə may ayının 29-da “Valideynin məktəbdə bir günü” adlı layhə keçirildi. Layihə çərçivəsində I-XI sinif valideynləri iştirak etdilər. Valideynlər şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirdilər, fənn kabinetləri ilə tanış oldular və dəsrləri müşahidə etdilər. Tədbir çərçivəsində valideynlərin fikirləri və rəyləri dinlənildi.
#valideynmüəllimməktəb