Yaşıl dünya uşaqların gözü ilə" mövzusunda dərnək məşğələ keçirildi

Azərbaycan Respublikasında 2024- cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərimiz davam edir.
May ayının 29-da məktəbin “Təsviri incəsənət” dərnək rəhbəri Arzu Məhsumovanın təşkilatçılığı və dərnək üzvlərinin iştirakı ilə "Yaşıl dünya uşaqların gözü ilə" mövzusunda dərnək məşğələ keçirildi.
Məqsəd müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, şagirdlərin ekoloji maarifləndirilməsi, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsidir.