"Müstəqilliyimiz əbədidir!" mövzusunda tədbir keçirildi

    Müstəqillik Günü - Azərbaycan xalqının ən mühüm tarixi günlərindən biridir. May ayının 28-da məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Yeganə Məlikova, ibtidai sinif müəllimi Züfiyyə Ağayeva, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlıkitabxana müdiri Xəyaklə Kərimova, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı ilə "Müstəqilliyimiz əbədidir!" mövzusunda tədbir keçirildi.

    Tədbirin keçirilməsində məqsəd şagirdləri milli-mənəvi dəyərlərə  hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini  yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf  yolunda qazandığı parlaq nailiyyətləri  təbliğ etməkdən ibarətdir. Tədbir iştirakçıları Milli Müstəqillik Gününün tarixi əhəmiyyətini müasir Azərbaycan dövlətinin quruculuğu yolunda mühüm addım kimi qiymətləndirilməsi barədə ətraflı məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi