“Müstəqillik qazandıq” adlı sinif təşkilat saatı keçirildi

28 May Müstəqillik Günü - Azərbaycan xalqının ən mühüm tarixi günlərindən biridir. Bu münasibətlə may ayının 28-də məktəbdə bir sıra tədbirlər keçirildi. Belə ki, məktəbin ibtidai sinif müəllimi Ülviyyə Hüseynovanın təşkilatçılığı ilə 3 “B” sinfində “Müstəqillik qazandıq” adlı sinif təşkilat saatı keçirildi.
Tədbirin keçirilməsində məqsəd şagirdləri milli vətənpərvər ruhda tərbiyə etmək, gənc nəsildə öz vətəni uğrunda mübarizə əzmini gücləndirməkdən ibarətdir.