“Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlərimiz davam edir. Fevralın 24 də məktəbin VIIIa sinif şagirdi Əliyev Samir Rafiq oğlunun “Bakının ekoloji tarixi” adlı araşdırmasının təqdimatı, fevralın 27-də isə ekoloji mədəniyyət və incəsənətin təbliği ilə əlaqədar VIIç sinif şagirdlərinin “Azərbaycan xalçaları dünya müzeylərində” adlı araşdırmalarının təqdimatı oldu.