“Əbədiyaşar lider-Heydər Əliyev” mövzusunda təşkilat saatları keçirildi

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyi münasibətilə təsdiq olunmuş Tədbirlər Planına müvafiq olaraq silsilə tədbirlərimiz davam edir.

    Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu barədə may ayının 10-da məktəb üzrə “Əbədiyaşar lider-Heydər Əliyev” mövzusunda təşkilat saatları keçirildi.

    Sinif müəllimləri tərəfindən müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki müstəsna rolu barədə çıxışlar edildi.

    Daha sonra şagirdlərin ifasında Ulu Öndərə həsr olunan şeirlərdən parçalar söylənib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib. Həmçinin dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olundu.

#FəalMəktəb

#VirtualMəktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi