" Tarix yazan imza ”  mövzusunda tədbir keçirildi

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyi münasibətilə təsdiq olunmuş Tədbirlər Planına müvafiq olaraq may ayının 7-də məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyə Təşkilatı rəhbəri Şəbnəm Sadıqlı, kitabxana müdiri Xəyalə Kərimova, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı və IX-XI sinif şagirdlərinin iştirakı ilə " Tarix yazan imza ”  mövzusunda tədbir keçirildi.

    Məqsəd Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsidir.

    Tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki müstəsna rolu barədə ətraflı məlumat verdilər. Həmçinin dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi