“Yaşıl dünya” adlı rəsm müsabiqəsi keçirildi

    Azərbaycan Respublikasında 2024- cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərimiz davam edir.

    Əlverişli hava şəraitinə uyğun olaraq açıq havada aprel ayının 30-da  məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova və Uşaq Birliyi Təşkilatı rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı ilə IV sinif şagirdləri arasında “Yaşıl dünya” adlı rəsm müsabiqəsi keçirildi.

    Məqsəd ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi vasitələrini şagirdlərə aşılamaqdır.

#FəalMəktəb

#VirtualMəktəb

#YaşılDünyaNaminəHəmrəylikİli

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi