"Yaşıllıqlara qulluq" mövzusunda sinif təşkilat saatları keçirildi.

Azərbaycan Respublikasında 2024- cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərimiz davam edir.
Aprel ayının 30-da məktəbin ibtidai sinif müəllimləri Şəhla Qasımlı, Günel Vəlizadənin təşkilatçılığı, 2 “B” və 2 “C” sinif şagirdlərinin iştirakı ilə "Yaşıllıqlara qulluq" mövzusunda sinif təşkilat saatları keçirildi.
Məqsəd müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, şagirdlərin ekoloji maarifləndirilməsi, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsidir.