"Yaşıl dünyanı qoruyaq" adlı sərgi təşkil olundu

Azərbaycan Respublikasında 2024- cü ilin ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərimizə davam edir.
Aprel ayının 23-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində bacarıqlı şagirdlər tərəfindən tullantılardan hazırlanmış əl işlərindən ibarət "Yaşıl dünyanı qoruyaq" adlı sərgi təşkil olundu. Sərgidə ideya müxtəlifliyi baxımından zəngin olan bu kompozisiyaların hər biri sanki izləyicini ekoloji problem olmayan "Yaşıl dünyaya" səsləyir.