“Füzuli ömrü” adlı inşa yazı müsabiqəsi keçirildi

    "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinin icrası ilə bağlı silsilə tədbirlərimiz davam edir.

    Aprel ayının 23-də məktəbdənkənar və sinifdənxaris işlər üzrə təşkilatçı Yeganə Məlikova, Uşaq Birliyi Təşkilatı rəhəri Şəbnəm Sadıqlı, kitabxana müdiri Xəyalə Kərimova, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı və VII sinif şagirdlərinin iştirakı ilə “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi"nə həsr olunmuş “Füzuli ömrü” adlı inşa yazı müsabiqəsi keçirildi. Təşkil olunmuş yoxlayıcı komissiya rəyi əsasında qalib şagirdlər məktəbin rəhbərliyi tərəfindən hazırlanan təşəkkürnamələr ilə mükafatlandırılacaq. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi