“Füzuli dünyası” adlı divar qəzetlərinin təqdimatı keçirildi

    "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinin icrası ilə bağlı silsilə tədbirlərimizə start verildi.

    Aprel ayının 19-da məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Yeganə Məlikova, Uşaq Birliyi Təşkilatı rəhəri Şəbnəm Sadıqlı, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı və şagirdlərin iştirakı ilə “Füzuli dünyası” adlı divar qəzetlərinin təqdimatı keçirildi.

     Məqsəd şagirdlər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı onları maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də şagirdlərin istedadlarını üzə çıxarmaqdan ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi