"Reproduktiv sağlamlıq və Yeniyetmələrin sirrləri" mövzusunda maarifləndirici seminar keçirildi

Aprel ayının 17-də məktəbin psixoloqu Natavan Qəhrəmanovanın təşkilatçılığı və IX sinif şagirdlərinin iştirakı ilə "Reproduktiv sağlamlıq və Yeniyetmələrin sirrləri" mövzusunda maarifləndirici seminar keçirildi.
Seminarda məktəbin psixoloqu Natavan Qəhrəmanova çıxış edərək mövzu ilə bağlı ətraflı məlumat verərək, gigiyenik qaydalara əməl etmək, hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olundu.
Tədbirin sonunda şagirdlərin sualları cavablandırıldı.