“ Bahar sevinci ” adlı tədbir keçirildi

    “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində təşkil olunan “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı silsilə tədbirlər davam edir.

    Təhsilalanları mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək məqsədilə mart ayının 15-də məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Yeganə Məlikova, UBR Şəbnəm Sadıqlı, kitabxana müdiri Xəyalə Kərimova, kitabxanaçı Umleyla Xələfova, məktəbin ibtidai sinif müəllimləri Ruhiyyə İbadoba, Aysel Məmmədli, Xanım İsmayılova, Ülviyyə Hüseynova, Aygün Mədətova və Aysel Şükürovanın təşkilatçılığı və sinif şagirdlərinin iştirakı ilə “ Bahar sevinci ” adlı tədbir keçirildi. Tədbirdə şagirdlərə milli adət-ənənələrimiz və Novruz bayramı haqqında ətraflı məlumat verildi. Daha sonra onların  ifasında baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına həsr olunmuş şeirlər, bayatılar, rəqslər, mahnılar ifa olundu və novruz adət-ənənələri nümayiş etdirildi.

#Dəyərlərimiziqoruyaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi