Alkoqolizm və narkomaniya mövzusunda “Problemlər ağacı” adlı məşğələ keçirdi

Mart ayının 15-də məktəbin psixoloqu Natavan Qəhrəmanovanın təşkilatçılığı və VIII sinif şagirdlərinin iştirakı ilə alkoqolizm və narkomaniya mövzusunda “Problemlər ağacı” adlı məşğələ keçirildi. Məşğələdə alkoqolizm və narkomaniya mövzusunda şagirdlərlə maarifləndirici söhbətlər aparıldı və zərərli vərdişlərə “yox” demək strategiyası şərh olundu. Sonda şagirdləri maraqlandırılan suallar cavablandırıldı.