“Bütöv Azərbaycana ilk bahar gəlir” adlı təşkilat saatı keçirildi

    “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində təşkil olunan “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı silsilə tədbirlər davam edir.

    Xalqımızın qədim tarixini, milli adət və ənənələrini  gənc nəslə daha yaxından tanıtmaq, təbliğ etmək məqsədilə mart ayının 14-də məktəbin ibtidai sinif müəllimləri Şəhla Qasımlı, Günel Vəlizadənin təşkilatçılığı və 2 “B”, 2”C” sinif şagirdlərinin iştirakı ilə “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı təşkilat saatı keçirildi. Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, yallı gedib, şeirlər səsləndirib, maraqlı səhnəciklər və digər özfəaliyyət bacarıqlarını nümayiş etdirdilər.

#Dəyərlərimiziqoruyaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi