“Xoş gəldin Novruz” adlı təşkilat saatı keçirildi

Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki, milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasında təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Mart ayının 12-də “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində məktəbin ibtidai sinif müəllimləri Natella Məhərrəmova, Səbinə Əhmədovanın təşkilatçılığı və 1 “A”, 4 “Ç” sinif şagirdlərinin iştirakı ilə “Xoş gəldin Novruz” adlı təşkilat saatı keçirildi. Şagirdlər xalqımızın adət ənənələrini əks etdirən milli rəqslər, mahnılar ifa etdi və şeirlər söylədilər.