“Dəyərlərimiz bədii ədəbiyyatda” mövzusunda divar qəzetinin nominasiyası keçirildi

Şagirdləri milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, onlarda yaradıcı düşünmə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə “Dəyərlərimizi qoruyaq!” layihəsinin keçirilməsilə bağlı silsilə tədbirlərimiz davam edir.
Mart ayının 11-də məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, kitabxana müdiri Xəyalə Kərimova və kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı ilə beşinci sinif şagirdləri xalqımızın adət-ənənələrini əks etdirən “Dəyərlərimiz bədii ədəbiyyatda” mövzusunda divar qəzetinin nominasiyası keçirildi.