“Şən startlar” estafet yarışı keçirildi

Şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği və 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində idman həftəsinin keçirilməsi məqsədi ilə silsilə tədbirlərimiz davam edir.
İdman həftəsinin dördüncü günündə mart ayının 6-da məktəbin fiziki tərbiyə müəllimləri Pərviz Zöhrabov, Mirzəli Mirzəyev, Bəhruz Cəbiyevin təşkilatçılığı ilə VI sinif şagirdləri arasında “Şən startlar” estafet yarışı keçirildi.
İdman həftəsinin son günü “Şən startlar” estafet yarışının qalibi 6 “D” sinif şagirdləri məktəb tərəfindən hazırlanan təşəkkürnamə ilə mükaftlandırılacaq.