“Baharın ilk müjdəsi”

    Şagirdləri milli-mənəvi dəyərlərə məhəbbət ruhunda  tərbiyə etmək, onlarda yaradıcı düşünmə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə “Dəyərlərimizi qoruyaq!” layihəsinin keçirilməsilə bağlı silsilə tədbirlərimiz davam edir. 

 Mart ayının 5-də  məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Yeganə Məlikova, UBR Şəbnəm Sadıqlı, kitabxana müdiri Xəyalə Kərimova və kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı ilə ibtidai siniflərində novruz bayramının tarixi və adət-ənənələrini gələcək nəsillərə ötürmək məqsədilə “Baharın ilk müjdəsi” adlı tədbir keçirildi. Tədbirdə şagirdlərin ifasında baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına həsr olunmuş şeirlər, bayatılar, rəqslər,  mahnılar ifa olundu və novruz adət-ənənələri nümayiş etdirildi.

#Dəyərlərimiziqoruyaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi