“İdman həftəsi”nin ikinci günü

Şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği və 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində idman həftəsinin keçirilməsi məqsədi ilə silsilə tədbirlərimiz davam edir.
İdman həftəsinin ikinci günündə mart ayının 04-də məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, məktəbin ibtidai sinif müəllimləri Ülviyyə Hüseynova, Fatima İsmayılova, Səbinə Əhmədova nın təşkilatçılığı və 3 “B” , 4 “A” və 4 “Ç” sinif şagirdlərinin iştirakı ilə “Olimpiya oyunları uşaqların gözü ilə” mövzusunda bacarıqları nümayiş etdirildi.