“İdman həftəsi”nin birinci günü

 Şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində idman həftəsinin keçirilməsi məqsədə  ilə   silsilə tədbirlərimizə start verildi.

    İdman həftəsinin ilk günündə mart ayının 01-də məktəbin fiziki tərbiyə müəllimləri Bəhruz Cəbiyev, Ədilə Məmməd-zadənin təşkilatçılığı və IX və X sinif şagirdlərinin iştirakı ilə  səhər gimnastikası keçirildi.

   Daha sonra  məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, fiziki tərbiyə müəllimləri Pərviz Zöhrabov, Mirzəli Mirzəyevin təşkilatçılığı ilə I-IV siniflərdə  idman növləri  və idmançıların yarışa hazırlığının psixoloji yanaşması haqqında profilaktik söhbətlər aparıldı.

#BədənTərbiyəsivəİdmanGünü

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi