“1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar açıq dərslər keçirildi

    Məktəbin Fəaliyyət planına və mülki müdafiə haqqında tədbirlər planına uyğun olaraq mart ayının 1-də məktəbdə “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” çərçivəsində  məktəbin ibtidai sinif müəllimləri Hüsniyyə İsayeva 2 “A”, Şəhla Qasımlı 2 “B” və Günel Vəlizadə 2 “C” siniflərində mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın təhlükəsizliyi, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadə mövzuları ətrafında açıq dərslər keçirildi.

    Məqsəd şagirdlərə yarana biləcək fövqəladə hallara hazırlanması, fövqəladə hallar zamanı davranış qaydalarına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə kömək göstərilməsidir.

#MülkiMüdafiəGünü

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi