“Xocalı- unudulmayan tarix” adlı təşkilat saatı keçirildi

Xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği ilə bağlı fevralın ayının 26-da ibtidai sinif müəllimləri Günay Ələkbərova 2 “Ç”, Ülviyyə Hüseynova 3 “B”, Aysel Şükürova 3 “Ç”, Fatima İsmayılova 4 “A” siniflərində “Xocalı- unudulmayan tarix” adlı təşkilat saatı keçirildi.
Məqsəd şagirdlərə Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən böyük cinayət olduğunu və tariximizin ən qanlı səhifəsinin heç zaman unudulmayacağını aşılamaqdır.