“Mənim ana dilim!” mövzusunda inşa yazı müsabiqəsi keçirildi

21 fevral Beynəlxalq Ana dili günü ilə əlaqədar silsilə tədbirlərimiz davam edir. Fevral ayının 21-də məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, kitabxana müdiri Xəyalə Kərimova, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı və VII sinif şagirdlərinin iştirakı ilə “Mənim ana dilim” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.
“Mənim ana dilim" mövzusunda inşa müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi qoruyub saxlayaraq gələcək nəsillərə ötürmək üçün onlarda doğma dilimizə qarşı sevgi və hörmət hissini daha da artırmaqdan ibarət idi.