“Dilimizi qoruyaq” adlı təşkilat saatı keçirildi.

21 fevral Beynəlxalq Ana dili günü ilə əlaqədar silsilə tədbirlərimiz davam edir. Fevral ayının 21-də məktəbin ibtidai sinif müəllimi Aysel Şükürovanın təşkilatçılığı və 3 “Ç” sinif şagirdlərinin iştirakı ilə ana dilimizi qorumaq, yaşatmaq, dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini şagirdlərə çatdırmaq, onlara dilimizi sevdirmək məqsədilə “Dilimizi qoruyaq” adlı təşkilat saatı keçirildi.