"Qarabağ musiqi beşiyi" adlı musiqili-bədii kompozisiya keçirildi

İstedadlı şagirdlərin üzə çıxarılması, onların qabiliyyət və yaradıcılıq imkanlarının aşkarlanması, inkişaf etdirilməsi məqsədilə dekabr ayının 19-da sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, məktəbin musiqi müəllimi Esmira Hüsynova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı ilə "Qarabağ musiqi beşiyi" adlı musiqili-bədii kompozisiya keçirildi və məktəb üzrə xüsusi istedada malik şagirdlər öz bacarıqlarını nümayiş etdirdilər.