Bakı zooloji parkında “Canlılar ailəmi" mövzusunda açıq dərslər keçirildi

Dekabr ayının 18-də məktəbin biologiya müəllimi Amalya Nəcəfovanı təşkilatçılığı və VI-VII sinif şagirdlərin iştirakı ilə Bakı zooloji parkında “Canlılar ailəmi" mövzusunda açıq dərs keçirdi.
Ekskursiyanın məqsədi şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, mövzuların praktik öyrənməsini təmin etmək və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir. Sonda şagirdlərə ekskursiya barədə fikir və təəsüratlarını əks etdirən esse yazmaq tapşırıldı.