“Əbədiyaşar lider” adlı anım tədbir keçirildi

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Ulu öndərin xatirəsinin yad edilməsi məqsədilə dekabr ayının 8-də məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, kitabxana müdiri Xəyalə Kərimova, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Əbədiyaşar lider” adlı anım tədbir keçirildi. Tədbirdə Ümummilli lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açıldı və şagirdlərin ifasında Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirildi, ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Eyni zamanda Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən videoçarxlar nümayiş olundu.