“İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici seminar təşkil olundu

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” na əsasən ölkəmizdə insan alverinin qarşısının alınması barədə bir çox işlər görülmüşdür.
Noyabr ayının 29-da məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, məktəbin psixoloqu Natavan Qəhrəmanova, məktəbin tibb bacısı Məxmər Əliyevanın təşkilatçılığı ilə VIII-IX sinif şagirdlərinin iştirakı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici seminar təşkil olundu. Məktəbin psixoloqu Natavan Qəhrəmanova zor tətbiq etmək, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq və s neqativ hallar ilə insan həyatına ziyan verən hadisələr barədə ətraflı məlumat verdi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.